Yelena Çebanudan Rioda 3-cü medal!
14 sentyabr 2016 12:00

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün Azərbaycan atleti Yelena Çebanu Braziliyada növbəti sınağına çıxıb.
O, uzunluğa tullanma yarışlarında qüvvəsini sınayıb. İdmançımız 8 nəfərdən ibarət final yarışlarında çıxış edib. Ən yaxşı nəticəsi 5,56 metr olan Çebanu bununla gümüş medala layiq görülüb.
Qeyd edək ki, Y.Çebanu Rioda daha öncə 100 metr məsafəyə qaçış üzrə gümüş, 200 metr məsafəyə qaçış yarışlarında isə bürünc medal qazanmışdı. Beləcə, Çebanu Rioda üçüncü, Azərbaycan yığması isə 8-ci medalına sahib çıxıb.