İlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı
Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Azerisport.az xəbər verir ki, sərəncamda bunlar qeyd olunub:
XV Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə, habelə Azərbaycan idmanının inkişafındakı xidmətlərə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif edilsinlər:
“Şöhrət” ordeni ilə
Hacıyev Əli Nəriman oğlu
Qasımov Ramil Famil oğlu
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Çebanu Yelena İvanovna
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Əliyev Kamil Xidirilyasoviç
Əliyeva İradə Azad qızı
İbrahimov İbrahim Eldar oğlu
Mustafayev Bayram Bəxtiyar oğlu
Salei Dzmitry Sergeyeviç
Salei Raman Sergeyeviç
Süleymanov Afiq Məmməd oğlu
Təhməzov Sergey Mehdiyeviç
“Tərəqqi” medalı ilə
Adıgözəlov Sabir Dadaş oğlu
Culfayev Alavərdi Abasoviç
Həşimov Oleq Qurbanoviç
Hüseynov Ceyhun Sanil oğlu
İbrahimov Hakim Elçin oğlu
Kirillov Fyodor Borisoviç
Məmmədov Rəşad Nizami oğlu
Səfərov Rövşən İlyas oğlu
Zeynalov Bəxtiyar Hacıbaba oğlu
Prezident İlham Əliyev həmçinin İlham Zəkiyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycan idmanının inkişafındakı xidmətlərə görə İlham Əzizağa oğlu Zəkiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.