Fotoreportaj|Video|На русском

Güləş

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

23 dekabr 2016 15:13
Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub. Azerisport.az xəbər verir ki, yığma komandalarımız iştirak etdikləri beynəlxalq turnir və çempionatlarda yüksək nailiyyətlər əldə ediblər.

Yığma komandalarımızın üzvləri 2016-cı ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda - Olimpiya Oyunları, Avropa və Dünya çempionatlarında 17 qızıl, 23 gümüş, 46 bürünc olmaqla toplam 86 medal qazanıb. Son 8 ilə nəzər saldıqda rəsmi yarışlarda güləşçilərimizin nailiyyətlərinin artan templə davam etdiyini görürük. Belə ki, 2009-cu ildə 47, 2010-cu ildə 66, 2011-ci ildə 67, 2012-ci ildə 71, 2013-cü ildə 70, 2014-cü ildə 65, 2015-ci ildə 82 medal qazansa da 2016-cı ildə bu rəqəm 86-ya yüksəlib. 

Böyüklər

İlin əvvəlində Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatında 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanan güləşçilərimiz ili uğurla başlayıb. Yunan-Roma güləşçilərimiz komanda hesabında 3-cü nəticə göstərib. 

Braziliyanın Rio-de-Janeyro şəhərində keirilən XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz ölkəmizin idman şərəfini ləyaqətlə qoruyublar və 9 medal (3 gümüş və 6 bürünc) qazanmaqla güləş tarixində yeni bir səhifə yazıblar. Sərbəst güləşçilərimiz 6 idmançıya 5 medal qazanaraq medal sayına görə bütün komandaları qabaqlayıb. 

Makedoniyanın Skopye şəhərində keçirilən hərbçilərin Dünya çempionatını pəhləvanlarımız 2 qızıl, 4 gümüş və 3 bürünc medalla tamamlayıb. Yunan-Roma güləşçilərimiz komanda hesabında dünya ikincisi olub. 

İlin sonunda Macarıstanın paytaxtı Budapeştdə tarixdə ilk dəfə keçirilən qeyri-Olimpiya çəki dərəcələri üzrə Dünya çempionatını da güləşçilərimiz üçün uğurlu hesab etmək olar. Bir çox aparıcı güləş ölkələrinin medal qazana bilmədiyi Dünya çempionatını hər növdə iki idmançı ilə təmsil olunan yığmamız 2 bürünc medalla tamamlayıb. 

U-23

Bolqarıstanın Ruse şəhərində tarixdə ikinci dəfə keçirilən 23 yaşa qədər güləşçilərin (U-23) Avropa çempionatını komandamız 3 qızıl, 4 gümüş və 6 bürünc medalla tamamlayıb və ötənilki nəticəni (9 medal) daha da yaxşılaşdırıb. 

Gənclər 

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatıbda pəhləvanlarımız ümumilikdə 12 medala (5 qızıl, 2 gümüş, 5 bürünc) sahib olublar. Həm sərbəst, həm də yunan-Roma güləşçilərimiz komanda hesabında 3-cü nəticə göstərib. 

Fransanın Makon şəhərində keçirilən Dünya çempionatında Azərbaycan yığması  8 (2 qızıl, 1 gümüş və 5 bürünc)medal qazanıb. Sərbəst güləşçilərimiz komanda hesabında dünya ikincisi olub.

Yeniyetmələr

2016-cı il yeniyetmə güləşçilərimiz üçün də uğurlu olub. Belə ki, pəhləvanlarımız İsveçin paytaxtı Stokholm şəhərində təşkil edilən Avropa çempionatında 15 (1 qızıl, 4 gümüş və 10 bürünc)medal qazanıb (ötən il bu rəqəm 9 olub), sərbəst güləşçilərimiz komanda hesabında ikinci olub. 

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Dünya çempionatında isə güləşçilərimiz 10 (2 qızıl, 3 gümüş və 5 bürünc) medal qazanıblar. Komanda hesabında yunan-Roma güləşçiləri ikinci, sərbəst güləşçilər isə 3-cü nəticə göstərib. 

Bundan başqa, yığma komandalarımız bu il 9-cu dəfə keçirilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsi (7 qızıl, 3 gümüş və 7 bürünc medal) də daxil olmaqla iştirak etdikləri digər beynəlxalq turnirlərdə 169 medal qazanıb. Bu medalların 45-nin əyarı qızıl, 38-i gümüş və 86-nın əyarı isə bürünc olub.

Beləliklə, 2016-cı il ərzində güləşçilərimiz 255 (62 qızıl, 61 gümüş, 132 bürünc) medal qazanıb. Bu medallardan 84-ü yeniyetmə, 55-i gənc güləşçilərin payına düşür. U-23 Avropa çempionatında 13 medal qazanan güləşçilərimiz böyüklərin yarışında isə il ərzində 103 medala sahib olub. İl ərzində əldə etdiyimiz medalların 130-nu sərbəst, 94-nü yunan-Roma güləşçiləri qazanıb, 31 medal isə qadın güləşçilərin payına düşüb. 

Qarşıdan gələn 2017-ci il idmançılarımız üçün növbəti məsuliyyətli bir təqvim ili olacaq. Belə ki, ölkəmiz 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək və güləşçilərimizin qarşısında bu yarışda da uğurlu çıxış etmək, bu günə qədər qazanılan nailiyyətlərin sırasına yenilərini əlavə etmək məqsədi durur. (AGF)

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah