Roman Saleydən Rioda gümüş medal!
Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün Azərbaycan üzgüçüləri - Dmitri və Roman Saley qardaşları növbəti sınağına çıxıb.
Onlar 100 metr məsafəyə arxasıüstə üzmə yarışlarında qüvvələrini sınayıblar.
Təsnifat mərhələsində 12 idmançı iki yarımqrupda mübarizə aparıb. Saley qardaşları ikinci qrupda yarışıblar. Roman finişə birinci (1:01.58), Dmitri isə üçüncü (1:02.63) çatıb. Nəticədə hər iki idmançımız finala yüksəliblər. Roman finaldakılar arasında ən yaxşı nəticə göstərən idmançıdırsa, Dmitri dördüncüdür.
Final mübarizəsi gecə baş tutub. Dmitri final yürüşündə 8 idmançı arasında mükafatçılar sırasına düşməyib. Roman isə əksinə, ikinci yeri tutub (1:00.91) gümüş medal qazanıb.
Qeyd edək ki, Saley qardaşlarından bu günə qədər yalnız 100 metr məsafəyə brass üsulu ilə üzmədə fərqlənən Dmitri gümüş medala sahib çıxıb.