Fotoreportaj|Video|На русском

Futbol

Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq

9 yanvar 2017 14:01
Azerisport.az Azərbaycanın əməkdar məşqçisi Dilarə Əhmədova müsahibəsini təqdim edir.
Neçə ildir futbol sahəsində çalışırsınız?
2005-ci ildən – futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsindən sonra bu sahədə çalışmağa başlamışam. Regionlarda qadın futbolunda fəaliyyət göstərən ilk məşqçilərdənəm. İlkin dövrdə 13 və 16 yaşlılardan ibarət iki kollektiv formalaşdırmışdıq. Hazırda isə “Qəbələ”nin yüksək liqada çıxış edən qadınlardan ibarət komandasını çalışdırıram. Eyni zamanda, Qaxın UGİM U-13 və U-16 komandalarının baş məşqçisiyəm. Üç komandaya rəhbərlik edirəm. Bazamız Qaxda yerləşir.
Futbola marağınız necə yaranıb?
Əvvəllər yüngül atletika ilə məşğul olmuşam. 4 dəfə Azərbaycan çempionu olmaqla yanaşı, yığma komandanın da üzvü idim. Müxtəlif turnirlərdə mükafatalara layiq görülmüşəm. 1986-cı ildə yeniyetmələr arasında fəxri bədən tərbiyəsi döş nişanı almışam. Uzun müddətdir idman sahəsində çalışıram. Tələbəlik illərində idman oyunlarında iştirak edirdim. İlk müəllimim Rüstəm Rəhimov olub. Atlet olmağıma baxmayaraq, futbolu çox sevirdim, böyük marağım vardı. Qadın futbol komandalarının yaradılmasından sonra futbola daha da bağlandım. Əməyim yüksək qiymətləndirildi və 2015-ci ildə Azərbaycanda qadın məşqçilər arasında ilk dəfə əməkdar məşqçi adına layiq görüldüm.
10 ildən çoxdur məşqçi kimi fəaliyyət göstərirsiniz, yarışlarla əlaqədar müxtəlif bölgələrdə olursunuz. Maraqlıdır, ölkənin hansı regionunda xanımların futbola marağı daha çoxdur?
Ölkə çempionatının oyunları ilə əlaqədar müxtəlif regionlara səfərlərimiz olur. Müşahidələrimə əsasən, daha çox Zaqatala, Qax rayonlarında qızların futbola marağının olduğunu deyə bilərəm. Vacib məsələ onları düzgün istiqamətləndirib futbola cəlb etmək lazımdır.
Əsasən hansı yaş qrupu üzrə qızlar futbola maraq göstərirlər?
13 yaşadək olan qızların marağı daha çoxdur. Ancaq yaş ötdükcə baxırsan ki, azalma var. Misal üçün, 13-14 yaşadək 20-25 qız futbol oynayırsa, 16 yaşa çatanadək onların yarısı “itir”. Xüsusən, valideynlər 19 yaşdan sonra qızlarının futbol oynamasında maraqlı deyillər. Onlar daha çox uşaqlarının ailə qurmaq ərəfəsində olduğunu əsas gətirərək futbola qoymurlar. Bunun üçün proqramlar hazırlamalı, tədbirlər keçirməliyik. Ailələri psixoloji cəhətdən buna hazırlamalıyıq ki, gələcəkdə qızlarının futbol oynamasına normal yanaşsınlar.
Bununla bağlı valideynlərlə görüşlər keçirib qızların futbola olan marağını nəzərə almaları istiqamətində söhbətlər edirsinizmi?
Əlbəttə. Mütəmadi olaraq görüşlər keçiririk. Dediyim kimi, Qaxda qadın futboluna böyük maraq var. Həmin qızları futbola yönləndirmək istiqamətində istər məktəblərdə, istərsə də müxtəlif tədbirlərdə valideynlərlə görüşlər keçiririk. Qadın futbolunun inkişafı istiqamətində ən böyük əngəl məhz bu amildir. Misal üçün, qohum-əqrəbalar, qonşular bu yöndə valideynlərə təzyiqlər edirlər, qız uşağının kobud bədən quruluşuna malik olacağını bildirərək onların fikirlərinə təsir göstərirlər.
Yetirmələrinizdən milli komandada çıxış edənlər varmı?
2012-ci ildə ölkəmizdə təşkil olunan FİFA U-17 qadınlararası dünya çempionatında çıxış edən milli komandamızın heyətində mənim yetirməm Olya Şioşvili və Gülənbər Qasımova da vardı. Yeri gəlmişkən, Gülənbər Qasımova bu yaxınlarda C kateqoriyalı məşqçi lisenziyası alıb. Müxtəlif illərdə digər yetirmələrim yığma komandaların şərəfini qoruyublar.
Məhz 2012-ci ildə Azərbaycanda təşkil edilmiş FİFA U-17 qadınlararası dünya çempionatından sonra ölkəmizdə qadın futboluna olan maraq bir qədər də artdı. Siz qadın futbolunun inkişafı istiqamətində atılan addımları necə qiymətləndirirsiniz?
Həmin çempionatın ölkəmizdə təşkil olunması özü böyük hadisə idi. Bu işdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. Həmin turnir Azərbaycanda keçirilməsəydi, bəlkə də qadın futbolunda bugünkü səviyyəyə gəlib çata bilməzdik. Məhz çempionatdan sonra bir neçə qadın komandası yarandı, daha çox qız futbol oynamağa başladı.
Sizcə, yeniyetmə qızların futbola marağını artırmaq üçün nə kimi işlər görülməlidir?
Əvvəlki illərdə olduğu kimi, seleksiyalar keçirməliyik. “Qadın futbolunu necə inkişaf etdirməli” mövzusunda ətraflı müzakirələr aparmalıyıq, yeni proqramlar qəbul etməliyik. Həm ölkə daxilində, həm də ölkə xaricində təlim-məşq toplanışları təşkil edilməlidir. Qadın məşqçiləri təcrübə toplamaq üçün xarici klubların təlim-məşq toplanışlarına göndərmək lazımdır. Eyni zamanda, veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq.
(AFFA)

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah