Dmitri Saleydən ikinci gümüş medal
18 sentyabr 2016 01:05
Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün Azərbaycan idmançılarından Roman və Dmitri Saley qardaşları növbəti sınağına çıxıb.
Üzgüçülərimiz 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında qüvvələrini sınayıblar. Təsnifat mərhələsində Dmitri 24,40, Roman isə 24,43 saniyəlik nəticəyə imza atıb. Bu nəticə onların finala çıxmasına şərait yaradıb.
Həlledici mərhələdə Dmitri 24,29 saniyəlik nəticə göstərib və ikinci yeri tutub. Roman isə 24,45 saniyə ilə dördüncü olub.
Qeyd edək ki, Dmitri Saleyin qazandığı medal Azərbaycanın Riodakı 10-cu mükafatıdır.
Dmitri daha öncə 100 metr məsafəyə brass üsulu ilə üzmədə, Roman isə 100 metr məsafəyə arxasıüstə üzmədə gümüş medal qazanmışdı.