Yığmamız özünə iki rəqib tapdı
9 yanvar 2017 15:13
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunları keçirəcək.
Azerisport.az xəbər verir ki, yiğmamiz yanvarın 12-də Almaniyanın FC “Rot Weis Erfurt”, yanvarın 14-də isə Qazaxıstanın “Okjetpes” komandası ilə qarşılaşacaq. Oyunlar, müvafiq olaraq, yerli vaxtla saat 15:00 və 17:00-da (Bakı vaxtı ilə saat 16:00 və saat 18:00) başlayacaq. (AFFA)