Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib
23 dekabr 2016 13:12

Bu gün “Boulevard Hotel Baku” otelində Klublar Komitəsinin növbəti iclası keçirilib.
Azerisport.az xəbər verir ki, iclasda Topaz Premyer Liqasında mübarizə aparan “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “İnter”, “Sumqayıt”, “Kəpəz”, “Zirə” və AZAL klublarının nümayəndələri iştirak ediblər.
Sədr Fikrət Hüseynov komitənin 1 illik fəaliyyəti barədə çıxış edib.
Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, sədrin səlahiyyət müddəti başa çatdığı üçün bu vəzifəyə seçki keçirilib. Səs çoxluğu ilə “Sumqayıt” klubunun prezidenti Kamran Quliyev növbəti 1 il müddətinə Klublar Komitəsinin sədri seçilib.