Fotoreportaj|Video|На русском

Rio-2016

Paralimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı

23 sentyabr 2016 11:45

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar. Azerisport.az xəbər verir ki, “Rio-2016” Paralimpiya Oyunlarında Azərbaycanın idman tarixinə yeni parlaq səhifələr yazmış paralimpiyaçıları Heydər Əliyev Beynəlxalq Aeroportunda onların ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri böyük təntənə ilə qarşılayıblar.

Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunub. Paralimpiyaçılarımız “Rio-2016”ya idmanın 6 növü üzrə 41 lisenziya qazanıblar. İdmançılarımız cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma yarışlarında mübarizə aparıblar. Millimiz yarışı 11 medalla (1 qızıl, 8 gümüş, 2 bürünc) başa vurub.

Qızıl medalı komandamıza cüdoçu Ramil Qasımov qazandırıb. Paralimpiadada 73 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alaraq dövlət himnimizi səsləndirib. Digər cüdoçularımız Bayram Mustafayev (66 kq) gümüş, Rövşən Səfərov (81 kq) isə bürünc medala sahib olublar. Atletika yarışlarında Azərbaycan idmançıları 5 medal qazanıblar ki, bunların 4-ü gümüş, 1-i isə bürüncdür. Atletimiz Yelena Çebanu Rio Paralimpiadasında üç dəfə fəxri kürsüdə yer alıb. Uzunluğa tullanma və 100 metr məsafəyə qaçış yarışlarında Y.Çebanu ikinci olsa da, 200 metr məsafəyə qaçış yarışlarında bürünc medalla kifayətlənib. Kamil Əliyev uzunluğa tullanma, İradə Əliyeva isə nizəatma yarışlarında ikinci olub. Üzgüçülərimiz də “Rio-2016”da uğurla çıxış ediblər. Dmitri və Roman Saley qardaşları Braziliyada 3 gümüş medal qazanıblar. D.Saley 50 metr məsafəyə sərbəst, 100 metr məsafəyə brass, R.Saley isə 100 metr məsafəyə arxasıüstə üzgüçülük yarışlarında fərqləniblər.

Paralimpiyaçılarımızın qazandıqları 11 medalı uğurlu nəticə adlandıran Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlham Rəhimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb. AMPK-nın prezidenti ölkəmizdə Paralimpiya hərəkatının inkişaf etdiyini bildirərək deyib: “Paralimpiyaçılarımız ölkə idmanı tarixində yeni səhifə açdılar. Qazanılan uğurlar münasibətilə bütün xalqımızı təbrik edirəm. Paralimpiyaçılarımız bundan sonra da uğurla çıxış edib ölkəmizi layiqincə təmsil edəcəklər”.

İlham Rəhimov deyib ki, Prezident İlham Əliyevin Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncamı ölkəmizdə bu sahəyə qayğının təzahürüdür. “Rio-2016”da Azərbaycan bayrağının 11 dəfə dalğalandırılması müstəqil ölkəmizin təbliği baxımından mühüm hadisə idi. Paralimpiadada əldə olunan uğurlarımız Azərbaycan idmanının qarşıdakı illərdə də böyük nailiyyətlər qazanacağına əminlik yaradır.

Qeyd edək ki, hesabında 11 medal olan Azərbaycan millisi 48-ci pillədə qərarlaşıb. Qazanılan medalların sayına görə isə yığmamız 33-cü, Avropa ölkələri arasında 16-cı, müsəlman ölkələri sırasında 6-cı, MDB üzrə isə üçüncü yerdə qərarlaşıb.

XV Yay Paralimpiya Oyunlarında idmanın 22 növü üzrə 528 dəst medal uğrunda yarışlar keçirilib. Bu, “London-2012” Yay Paralimpiya Oyunları ilə müqayisədə 25 dəst çoxdur. Medal sayının artırılması yarışlarda qadın idmançılarının geniş heyətlə çıxışı ilə əlaqədardır. Paralimpiadada, ümumilikdə, 4350 idmançı medallar uğrunda mübarizə aparıb. Onların 1650-si qadın olub. Bu “London-2012”dən 9,9 faiz, “Atlanta-1996”dan isə iki dəfə çoxdur. Qadınlar 224 dəst medal uğrunda yarışıb. Bu isə medalların 43 faizini təşkil edib.

Rio Paralimpiadasında 239 (107-81-51) medal qazanan Çin birinci olub. Böyük Britaniya (64-39-44) ikinci, Ukrayna (41-37-39) üçüncü, ABŞ (40-44-31) dördüncü, Avstraliya (22-30-29) isə beşinci pillədə qərarlaşıb. İlk onluğu Almaniya (18-25-14), Niderland (17-19-26), Braziliya (14-29-29), İtaliya (10-14-15) və Polşa (9-18-12) tamamlayıblar. XV Yay Paralimpiya Oyunlarında 82 ölkədən paralimpiyaçılar fəxri kürsüyə qalxıblar. Azərtac

Другие новости этого раздела

9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur
Arxiv
Sabah