Çebanu finala vəsiqə qazana bilmədi
15 sentyabr 2016 19:00
Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün Azərbaycan yığmasının üzvü Yelena Çebanu növbəti sınağına çıxıb.
O, 400 metr məsafəyə qaçış yarışlarında iştirak edib. 56,53 saniyəlik nəticə idmançımıza öz qrupunda ikinci olmağa bəs edib. Amma bu, onun final mərhələsinə vəsiqə qazanmasına kömək etməyib. Nəticədə, Yelena Rioda çıxışını başa vurub.
Qeyd edək ki, Çebanu daha öncə Rioda üç medal qazanmışdı. O, 100 məsafəyə qaçış üzvə və uzunluğa tullanmada gümüş, 200 məsafəyə qaçış yarışlarında isə bürünc medala yiyələnib.