Cəbrayılov starta çıxmadı
17 sentyabr 2016 01:25
Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün Azərbaycan yığmasının üzvü Elmir Cəbrayılov da növbəti sınağına çıxmalı idi.
O, 200 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində iştirak edəcəkdi. Lakin idmançımız hələlik, bəlli olmayan səbəblərə görə, starta çıxmayıb.