Dmitri Saley finalda sonuncu oldu
Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri - Roman və Dmitri Saley qardaşları Braziliyada növbəti sınağına çıxıb.
Onlar 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında qüvvələrini sınayıblar. Roman təsnifat mərhələsində 54,32 saniyəlik nəticə ilə öz qrupunda ikinci olub. Dmiri isə 53,82 saniyəlik nəticə ilə fərqli qrupda üçüncü yeri tutub. Təsnifatın nəticələrinə əsasən, Dmitri altıncı yerlə finala vəsiqə qazandığı halda, doqquzuncu olan Roman mübarizəni dayandırıb.
Finalda Dmitri bu məsafəni 54,73 saniyəyə qət edib. Bu, onun yarışı sonuncu - səkkizinci yerdə bitirməsinə səbəb olub.
Qeyd edək ki, Dmitri daha öncə 100 metr məsafəyə brass üsulu ilə üzmədə, Roman isə 100 metr məsafəyə arxasıüstə üzgüçülük yarışlarında gümüş medal qazanmışdı.