Musayev medalın bir addımlığında dayandı
10 sentyabr 2016 20:10
Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, yarışların üçüncü günündə Azərbaycan atletika yığmasının üzvü Oluxan Musayev də mübarizəyə qoşulub.
O, diskatma yarışında çıxış edib. Altı cəhd edən idmançımızın ən yaxşı nəticəsi 40,93 metr olub.
2008-ci ildə keçirilmiş Pekin Paralimpiadasının qalibi olan Musayevin bu cəhdi 10 idmançı arasında dördüncü olmasına imkan verib.