Sotomayor: Yalnız qızıl medal düşünürəm
Azərbaycan boks tarixinə yeni sətirlər yazaraq, ilk dəfə həm də fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa namizəd olan Lorenso Sotomayor parlaq qələbə ilə başa vurduğu yarımfinal görüşündən sonra fikirlərini bölüşüb. Azerisport.az sizi həmin fikirlərlə tanış edir:
- Görüş necə keçdi?
- Düşünüərm ki, yaxşı döyüşdüm. Əvvəlkilərdən daha da yaxşı və hazırlıqlı idim. Bu gün daha yaxşı döyüşdümsə, gələn dəfə bundan da yaxşı döyüşmək imkanım və gücüm var. Daha yaxşı olacağına əminəm və Azərbaycana medalla qayıdacağım üçün sevinirəm.
- Olimpiadadan öncə söz vermişdin ki, rioya qızıl medal ardınca gəlmisən?
- Bəli, demişəm. Çox istəyirəm ki, Azərbaycana qızıl medalla qayıdım. Mən bura ancaq və ancaq bunu düşünərək gəlmişəm. İnşallah, istəyimə də çataram və hamımız birlikdə sevinərik. ("İdman")