Osipenko-Radomskaya 8-ci oldu
18 avqust 2016 17:30

Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün Azərbaycan idmançısı İnna Osipenko-Radomskaya 1 nəfərlik kayak qayığı (K-1) ilə 500 metr məsafəyə yürüşdə qüvvəsini sınayıb.
İdmançımızın final yürüşündəki çıxışı o qədər də uğurlu alınmayıb. Belə ki, məsafəni 1:56.573 vaxta qət edən idmançımız 8-ci yeri tutub.
Qeyd edək ki, Osipenko-Radomskaya daha öncə Rioda 200 metr məsafəyə yürüşdə üçüncü yeri tutaraq Azərbaycana bu idman növündə ilk medalı (bürünc) qazandırmışdı.