Saman Təhmasibi və Sabah Şəriəti Rioda mübarizəyə başlayır
15 avqust 2016 00:40
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.
Azerisport.az xəbər verir ki, güləş yarışlarının ikinci günündə 85 və 130 kq çəki dərəcələrində yunan-Romaçılar arasında qaliblər müəyyənləşəcək.
85 kq
1/16 final - Davit Çakvetadze (RUS) - Saman Təhmasibi (B xalçası)
130 kq
1/8 final - Sabah Şəriəti - Robert Timoti David Smih (USA) (C xalçası)
İlk görüşlər Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.