Güləşçilərimizin ilk rəqibləri bəlli oldu
14 avqust 2016 00:15
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar 14-16 avqust tarixlərində baş tutacaq. Azerisport.az xəbər verir ki, güləş yarışlarının ilk günündə 59 və 75 kq çəki dərəcələrində yunan-Romaçılar arasında qaliblər müəyyənləşəcək.
Yığmamızın üzvlərindən ilk gündə Rövşən Bayramovla Elvin Mürsəliyev yarışacaq. Artıq onların ilk rəqibləri də bəllidir.
59 kq
1/8 final - Rövşən Bayramov - Rayber Xose Rodriqez Orozko (VEN)
75 kq
1/16 final - Elvin Mürsəliyev - Mahmud Raşad Sebie (EGY)
İlk görüşlər Bakı vaxtı ilə 14 avqust saat 17:00-da, final görüşləri 23:00-da başlayacaq.