Elmar Qasımov: Finalda ona görə uduzdum ki...
Azərbaycanlı cüdoçu Elmar Qasımov Yay Olimpiya Oyunlarında (100 kq) çexiyalı Lukaş Krpalekə uduzduğu final görüşündən sonra fikirlərini bölüşüb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Rioya yorğun gəlmişdim. Amma buradakı iki həftə ərzində özümə gəldim. Fiziki və texniki cəhətdən formada idim. Görüşlərim arasında ukraynalı idmançı ilə yarımfinal qarşılaşmasını qeyd edərdim. O, məni çox yordu. Ayağımda da ağrılar hiss etməyə başlamışdım. Finaldakı rəqibimə gəlincə, onunla beş dəfə görümşümdüm. Ona tez-tez qalib gəlirdim. Amma bu dəfə yarımfinalla final arasında çox az vaxt olduğundan istirahət etmək imkanım olmadı və uduzdum. Əslində, finalda yaponiyalı idmançı ilə qarşılaşacağımı gözləyirdim. O, ötən il dünya çempionu olmuşdu.
Mən əldə etdiyim bütün uğurlarıma görə atama minnətdaram. Məni bu idman növünə o gətirib. Həmişə də dəstəkləyib. Təbii ki, bu medalımı da ona həsr edirəm".