Qilincoynadanlarımız AÇ-də 8-ci oldular
24 iyun 2016 13:15
Polşada qılıncoynatma üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, sablyaçı qadınlardan ibarət yığmamız komanda yarışında mübarizə aparıb.
Səbinə Mikina, Sevil Bünyatova, Nərminə Cəfərova və Aysel Əhədovadan ibarət heyət startda Almaniyaya 45:42 hesabıyla qalib gəlsə də, 1/4 finalda Ukraynaya müqavimət göstərə bilməyib – 23:45. Təsəlliverici yerlər uğrunda görüşlərə çıxan millimiz İtaliyaya 22:45, İspaniyaya isə 26:45 hesabıyla uduzaraq 8-ci olub.