Səbinə Mikina 48-ci oldu
6 may 2014 11:55
ABŞ-ın Çikaqo şəhərində keçirilmiş qılıncoynatma üzrə Dünya Kuboku başa çatıb. Azerisport.az xəbər verir ki, turnirdə ölkəmizi Səbinə Mikina təmsil edib.
Turnirin pley-off mərhələsinə vəsiqə qazanmış London Olimpiya oyunlarının iştirakçısı bu mərhələdə polşalı Malqojat Kozaçuka uduzaraq, yarışı 48-ci pillədə başa vurub.
Qeyd edək ki, ümumilikdə, yarışda 153 qılıncoynadan iştirak edib.