Sabina Mikina Rio de Janeyro Olimpiadasına lisenziya qazandı
Qılıncoynadanımız Sabina Mikina bu il Braziliyada keçiriləcək Rio de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Azerisport.az xəbər verir ki, idmançımız bu nailiyyətə Çexiyanın paytaxtı Praqada təşkil olunan Avropa Təsnifat turnirində imza atıb.
O, Böyük Britaniya təmsilçisi Katerin Kemp (15:9), almaniyalı Anna Limbax (15:8) və bolqarıstanlı Palina Kaspyaroviç (15:11) üzərində parlaq qələbə qazanaraq yarışın qalibi olub. Bununla da, Mikina turnirin qalibi üçün nəzərdə tutulan lisenziyaya sahib çıxıb. Bu, ölkəmizin qılıncoynatmada ilk lisenziyası olub.
Xatırladaq ki, Sabina Mikina adrıcıl ikinci dəfə olimpiadada iştirak hüququ qazanır. O, 2012-ci il London Yay Olimpiya Oyunlarında ikinci qarşılaşmasında ukraynalı Olimpiya, dünya və Avropa çempionu, eləcə də ötən il Bakı-2015 ilk Avropa Oyunlarının qalibi olmuş Olqa Xarlana məğlub olaraq mübarizəni dayandırıb.