Qılıncoynadanımız pley-offda uduzdu
8 aprel 2014 12:11
Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə dünya çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, sablya növü üzrə şəxsi yarışlarda Azərbaycan idmançısı Fatimə İbrahimova qrup mərhələsini uğurla başa vuraraq pley-off-a yüksəlib.
Bu mərhələdə idmançımız Rusiya təmsilçisi Sofiya Pozdnyakovaya məğlub olaraq, yarışda iştirakını dayandırıb. Sablya növündə qızıl medala rusiyalı Alina Moseyka layiq görülüb.