Sablyaçılarımız Antalyada
4 oktyabr 2013 11:40
Sablyaçı qadınlardan ibarət millimiz Antalyada təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, 2 həftəlik hazırlıqda seçmə komandamız Türkiyə, Ukrayna və Belarus yığmaları ilə bir arada olacaq.
Oktyabrın 10-da adı çəkilən kollektivlər Bursa şəhərinə yollanacaqlar. Bir gün sonra bu 4 komandanın iştirakı ilə yarış keçiriləcək. Baş məşqçi Fikrət Vəliyev həmin rəqabətdə Səbinə Mikina, Fatma İbrahimova, Sevil və Sevinc Bünyatova bacılırına güvənəcək.
Millimiz Vətənə ayın 11-də qayıdacaq.