Neftçinin sablyaçıları Avropa komanda yarışında 3-cü oldular
3 noyabr 2015 12:30
Fransanın Orlean şəhərində qılıncoynatma üzrə Avropa klubları arasında komanda yarışı keçirilib. Azerisport.az xəbər verir ki, qitə komandalarının yarışında ölkəmizi "Neftçi İdman Klubu”nun sablyaçıları Səbinə Mikina, Fatimə İbrahimova, Sevil və Sevinc Bünyatova bacılarından ibarət dördlük təmsil edib.
1/4 finalda İngiltərənin "London” klubunu 45:31 hesabı ilə məğlub edən qılıncoynadanlarımız, yarımfinalda Polşanın "Varşava” komandası ilə bacarmayıblar – 40:45. Komandamız Fransanın "Metro” klubu ilə birgə bürünc medala yiyələnib.