Azərbaycan millisi Avropa çempionatını altıncı pillədə başa vurdu
20 iyun 2012 19:32
İtaliyada qılıncoynatmanın sabliya növü üzrə Avropa çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, komandamız yarışı 6 pillədə başa vurub.
İdmançılarımız 1/8 finalda Belarus millisinə 45:38 hesabı ilə qalib gəlsələr də, növbəti mərhələdə Rusiya yığmasına (29:45) hesabı ilə uduzublar. Almaniya yığmasını 45:44 hesabı ilə məğlub edən qılıncoynadanlarımız 5 yer uğrunda mübarizə aparmaq hüququ qazanıblar. Fransa idmançıları ilə qarşılaşan millimiz 31:45 hesabı ilə məğlub olaraq çempionatı 6 pillədə bitirib.
Millimizin heyətində London Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Səbinə Mikina, Aidə Ələsgərova, Sevil və Sevinc Bünyatova yer alıblar.