Fotoreportaj|Video|На русском

Otüstü hokkey

Azərbaycan yığmasının AÇ-yə gedəcək heyəti açıqlandı

16 iyul 2013 11:29
Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası iyulun 22-dən 28-dək Fransanın Camrai şəhərində Avropa çempionatında iştirak edəcək. Azerisport.az xəbər verir ki, 2011-ci ildə koreyalı məşqçilərin rəhbərliyi ilə iki ildən bir keçirilən qitə birinciliyində uğursuz çıxış edərək yüksək dəstəni tərk edən yığmamız hazırda baş məşqçi Adil Paşayevin rəhbərliyi altında yenidən Avropanın 8 ən güclüsü sırasına vəsiqə qazanmaq üçün ciddi hazırlıq keçib.
 
Qadın hokkeyçilərimiz bu ilin mart ayından başlayaraq qitə çempionatında uğurlu çıxış məqsədilə Almaniyanın Hamburq şəhərində həmin ölkənin, Niderland və İngiltərənin qabaqcıl klubları ilə 3 yoxlama oyununda qüvvələrini sınayıblar. Novruz bayramı ərəfəsində Bakıya gələn Rusiya yığması ilə keçirilən 4 sınaq oyunu da qadın hokkeyçilərimizin qitə çempionatına hazırlıq proqramına daxil idi. Hokkeyçilərimiz həmin görüşlərin 2-ni qələbə,1-ni heç-heçə, 1-ni isə məğlubiyyətlə başa vurublar. Aprel ayında millimiz ikitərəfli razılığa əsasən, Litvada təlim-məşq toplanışı zamanı Vilnüs şəhərində yerli hokkeyçilərlə 4 yoldaşlıq matçının hamısında qələbə qazanıb. İyunun 4-dən hazırlığın növbəti mərhələsini İtaliyanın Roma şəhərində keçirən həmyerlilərimiz həmin ölkənin milli komandası ilə 3 yoxlama oyununda qarşılaşıb və 50%-lik nəticə göstəriblər (1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət).
 
Qadın hokkeyçilərimiz növbəti sınaq görüşlərini iyunun sonu və iyul ayının əvvəllərində Çexiya və Polşada keçiriblər. Praqa şəhərində həmyerlilərimiz 3 dəfə çexləri, 1 dəfə isə Avstriya təmsilçilərini məğlub ediblər. Polşanın Poznan şəhərindəki sonuncu təlim-məşq toplanışında isə qızlarımız həmin ölkənin yığma komandası ilə 2 yoxlama oyunda qələbə qazanıb, 1-də isə uduzublar.
 
Xatırladaq ki, Avropanın 8 ən güclüsü sırasına çıxmaq üçün millimizin "A" qrupundakı rəqibləri Fransa (22 iyul), Ukrayna (24 iyul) və Litva (25 iyul) komandaları olacaq. "B" qrupunda isə İtaliya, Rusiya, Polşa və Avstriya hokkeyçiləri yarışacaqlar. İlkin mərhələ başa çatdıqdan sonra - iyulun 27-də qrup qalibləri "çarpaz" üsulla digər qrupun ikincisi ilə qarşılaşacaqlar. Həmin oyunlarda qələbə qazananlar növbəti Avropa çempionatında elitada mübarizə aparmaq hüququ əldə edəcəklər. İyulun 28-də keçiriləcək görüşlər isə formal xarakter daşımaqla iştirakçıların yekun yerlərini müəyyənləşdirəcək.
 
Qadın otüstü hokkeyçilərdən ibarət milli komandamız yarış yeri - Fransanın Cambrai şəhərinə bu həftənin cümə günü gedəcək. Komandanın baş məşqçisi, əməkdar məşqçi Adil Paşayev səfər ərəfəsində bildirib ki, hokkeyçilərimiz yarışa yaxşı hazırlaşıblar: "Yoxlama oyunlarında qızlarımız özlərini yaxşı cəhətdən göstərə bildilər. Heyətdə 4-5 nəfər perspektivli azərbaycanlı oyunçunun yer alması bizi sevindirsə də, onların özlərinə inamı əsas şərtdir. Ümüdvaram ki, məsul AÇ-də təcrübəli hokkeyçilərlə gənclərin birgə səyi nəticəsində qarşıya qoyduğumuz vəzifənin öhdəsindən gələ biləcəyik. Qrupumuzdan ukraynalıların və bizim ilk 2 yeri tutmağa real şansımız var. Amma hadisələri qabaqlamaq istəmirəm. İlk oyunda yerli Fransa komandasına qarşı çıxış etməyimiz də o qədər ürəkaçan deyil. Hər halda inanıram ki, yığmamız əsas vəzifənin öhdəsindən gələrək güclülər dəstəsinə vəsiqə qazana biləcək".
 
Milli komandamızın qarşıdakı Avropa çempionatında iştirak edəcək heyəti: qapıçılar - Viktoriya Şahbazova və Səadət Nuriyeva, müdafiəçilər - Əminə Müzəffərova, Zoya Lebedyuk, Alyona Karas və Feruza Makayeva, yarımmüdafiəçilər - Xatirə Əliyeva, Lyüdmila Çequrko, Yuliya Muradi, Tatyaniya Kiyaniçenko, Gülər Aydınlı, Nərgiz Novruzova, Tamella Əlivəliyeva və Xalidə Zeynalova, hücumçular - Lyubov Drujinina, Fəridə Məmmədova, Anastasiya Tsıqanskaya və Amaliya Həsənova.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah