Fotoreportaj|Video|На русском

Otüstü hokkey

Azərbaycan AÇ-da ikinci yeri tutdu

13 iyul 2014 16:53

Litva Respublikasının paytaxtı Vilnüs şəhərində 16 yaşadək oğlan otüstü hokkey komandaları arasında keçirilən Avropa çempionatına yekun vuruldu. Azerisport.az xəbər verir ki, qitə birinciliyində Azərbaycan yığması qrup mərhələsində Cəbəllütariq hokkeyçilərinə 3:2, ermənilərə isə 4:1 hesabı ilə qalib gələrək 100 faizli nəticə ilə birinci yeri tutdu.

Həmyerlilərimiz qrup qalibi olmaqla növbəti mövsümdə qitənin ən güclüləri ilə birgə mübarizə aparmaq hüququ qazandı. Yarışın reqlamentinə görə qrup qalibləri  bu gün finalda, 2-ci və 3-cü yerləri tutanlar isə "çarpaz" üsulla növbəti yerlərin sahiblərini müəyyənləşdiməli idilər.

Öncə A qrupunda III nəticə göstərən Litva və "B" qrupunda II yeri tutan Cəbəllütariq hokkeyçiləri qarşılaşıb. Həmin oyunda meydan sahibləri 0:2 hesabı ilə məğlub olublar. "A" qrupunun 2-cisi Bolqarıstan idmançıları dünən Azərbaycan komandası ilə xeyli əmək sərf edən ermənilərə heç bir şans verməyərək 13:0 hesablı qələbə qazanıblar.

Turnirin sonuncu matçı Azərbaycan və İsveçrə hokkeyçiləri arasında baş tutub. Oyunun ilk dəqiqələrindən təşəbbüsə sahib olan hokkeyçilərimiz 2 dəfə hesabı açmaq üçün real şansı əldən verdilər. Hər 2 halda Sərkan Sağdiç "təkbətək" vəziyyətləri dəyərləndirə bilməyib. "Vurmayana vurarlar" prinsipi bu dəfə də özünü doğruldub. 10-cu dəqiqədə İsveçrə hokkeyçiləri hesabı açdılar. 31-ci dəqiqədə Elxan Hüseynzadə cavab qolu vursa da, 1 dəqiqədən sonra rəqiblər hakimlərin köməyi ilə penalti zərbəsi ilə yenidən hesabda irəli çıxdılar. Komandalar fasiləyə elə 2:1 hesabı ilə yollandılar. İkinci hissənin əvvvəllərində - 41-ci dəqiqədə isveçrəlilər 3-cü topu da vurmağa müvəffəq oldular. Ancaq hokkeyçilərimizin ruh yüksəkliyi ilə oynaması 42-ci dəqiqədə Fuad Əsgərovun hesab arasındakı fərqi minimuma endirməyə şərait yaratdı. Bu azmış kimi, 49-cu dəqiqədə komandamızın kapitanı Kamran Əliyevin vurduğu qol hesabda tarazlıq yaratdı. Bundan sonra isveçrəlilər Polşa və litvalı hakimlərin köməyi ilə hesabda  2 top fərqlə irəli çıxdılar. 57 ci dəqiqədə idmançılarımız Zabil Ağayevin vurduğu qolla hesab arasındakı fərqi yenidən minimuma endirə bildilər. Bundan sonra komandamızın üzvləriinin qələbə əzmi deyəsən tükəndi. Daha dəqiq desək, hakimlər uşaqlarımızı ruhdan saldılar. Qalan vaxt ərzində dünənki gündə istirahət edən İsveçrə hokkeyçiləri daha 3 cavabsız qol vuraraq 8:4 hesablı qələbə qazandılar.

Beləliklə, iyulun 10-da start götürən qitə birinciliyi bu gün başa çatdı. İsveçrəlilər baş mükafata, Azərbaycan yığması ikinci, Bolqarıstan komandası isə III yerə layiq görüldülər. Mükafatçılara Kubok və medallar təqdim edildi. Sevindiricidi ki, komandamızın yarımmüdafiəçisi Mehman Nuriyev turnirin "Ən yaxşı oyunçusu" adına layiq görüldü. (AOHF)

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah