Atasport-2 çempion oldu
27 oktyabr 2013 15:33
Bu gün qadın otüstü hokkeyçilər arasında ölkə çempionatı rəsmən başa çatıb. Azerisport.az xəbər verir ki, qrupda eyni - 22 xal topladıqları üçün, “Atasport-2” və “Bakı” klubları qalibi “qızıl oyun”la müəyyənləşdiriblər.
Həlldedici matçda daha inamlı çıxış edən birincilər 12-ci milli çempionatın qızıl medallarına yiyələniblər. “Atasport-2”-dan hər 3 qolu yığma komandanın orta xətt oyunçusu Amaliya Həsənova vurub.