Adil Paşayev: Azərbaycan çempionatında xoşagələn məqamlar var
28 oktyabr 2013 12:09
“Ölkə çempionatı yaxşı keçdi. Rəqabət vardı. Həm kişilərin, həm də qadınların mübarizəsində 3 komanda çempionluq uğrunda sonadək vuruşdu”. Bunu azerisport.az saytına açılqmasında Azərbaycan Otustu Hokkey Federasiyasının baş katibi Adil Paşayev deyib.
Mütəxəssisin sözünə görə, birinciliyin oğlanlar arasında aşağı yaş qrupları üzrə keçirilməsi, milli komandalara oyunçu seçimini artıqmaq, keyfiyyəti yaxşılaşdırmaq məqsədi daşıyır:
“15 və18 yaşadək oğların 8 kollektiv olmaqla mübarizə aparması, ölkə otustü hokkeyində görünməmiş hadisədir. Buna çox sevinirik. Gələn il Litvada U-16 və Çex Respublikasında U-21-in qrup təsnifat mərhələsini oyunları keçiriləcək. Bu birincilikdə perspektivli yeniyetmə və gəncləri milliyə komandaya dəvət edəcəyik.
Kişilərin çempionatına gəlincə, mübarizə gərginliklə yadda qaldı. Rusiyanın Azov şəhərinin TANA klubunun bizim yarışa qoşulması rəqabəti artırmışdı. Qonaqların baş məşçisi həmyerlimiz Vladimir Konkindir. O, SSRİ dönəmində Azərbaycan yığmasının şərəfini qoruyub, Bakının “Azərneftkimya” klubunda çıxış edib.
Bakıya onlar öz təşəbbüsləri ilə gəlmişdilər. TANA hazırda Rusiya çempionatında 5-ci yerdə gedir. Gələn mövsüm səviyyəni bir qədər də qaldırmaq üçün, Qazaxıstanın “Taldı Kurqan” komandasını da dəvət edəcəyik. Ola bilsin, Gürcüstandan da bir klub çağırdıq.
Qadınların çempionatı dəyişməz qalacaq: hələ ki, 4 kollektivlə yolumuza davam edəcəyik. “Atasport”un Avropa Çempionlar Liqasında ilk “səkkizlik”də qalması fərəhlidir. Artıq komandamızda yerli hokkeyçiləri sayı artıb. Belə də, millimiz də güclənir. Məqsədimiz, reytinq xallarımı daha yaxşılaşdırmaqdır”.