Çempion sabah “qızıl oyun”da müəyyənləşəcək
26 oktyabr 2013 17:08
Bu gün qadın otüstü hokkeyçilər arasında ölkə çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, 12-ci turda “Atasport-2” Sumqayıtın eyni adlı komandasını 8:1 hesabı ilə məğlub edib.
Prinsipal görüş “Bakı” ilə Qusar “Samur”u arasında baş tutub. Əyalət təmsilçisi qalib gələcəyi halda, 2-ci yer tutacaqdı. Gəngin mübarizədə şimallılar bu vəzifənin özdəsindən gələ bilməyiblər – 2:3.
“Atasport-2” və “Bakı” komandaları eyni zal topladığından, çempionu müəyyənləşdirmək üçün, sabah öz aralarında “qızıl oyun”a çıxacaqlar.
Ayrı-ayrı nominasiyalarda fərqlənən hokkeyçilərə gəldikdə, yüksək dəstənin bombardiri 24 topla “Samur”lu Günay İsmayılova olub. Bu oyunçu son matçda 2 dəfə fərlənib. “Bakı” Emiliya Xudiyeva isə, het-trik etmişdi.
12-ci çempionatıın ən yaxşı hokkeçisi adını Ceyhunə Məhərrəmova (“Atasport-2) qazanıb. Ən yaxşı qapıçı da - Yelena Əhmədova - bu klubun üzvü sayılıb.
Komanda
|
O
|
Q
|
H
|
M
|
Qol
|
Xal
|
"Bakı"
|
11
|
8
|
1
|
3
|
47-19
|
25
|
“Atasport-2”
|
12
|
8
|
1
|
3
|
51-21
|
25
|
"Samur" (Qusar)
|
11
|
7
|
0
|
5
|
53-39
|
21
|
"Sumqayıt"
|
11
|
0
|
0
|
12
|
2-74
|
0
|