Azərbaycan təmsilçisi Almaniya, İngiltərə və Hollandiya klubu ilə üz-üzə
28 mart 2013 19:25

Martın 29-da Almaniyanın Hamburq şəhərində qadın otüstü xokkey komandaları arasında Çempionlar Kuboku yarışları başlayacaq. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycanı Bakının “Atasport” komandası təmsil edəcək.
Ölkə çempionu yerli “Rot-Veyss”, İngiltərənin “Lester” və Hollandiyanın “Laren” komandaları ilə qarşılaşacaq.