Fotoreportaj|Video|На русском

Otüstü hokkey

Gümüş və bürünc medalların da sahibi müəyyənləşdi

17 oktyabr 2012 15:58
Bakıdakı Otüstü Hokkey Kompleksində  şənbə günü yüksək dəstədə yarışan kişilərdən ibarət “Akkord”(Bakı) və Sumqayıtın “Gənclik” komandaları ölkə çempionatının növbəti turunda meydana çıxıblar. Azerisport.az xəbər verir ki, Sumqayıtın yeniyetmə hokkeyçiləri bu oyunda da artıq yenidən ölkə çempionluğunu rəsmləşdirən “Akkord” qarşısında aciz qalaraq böyük hesabla məğlub olublar - 1:10.
 
“Gənclik” komandasının qapısından topları  Saleh Balamiyev (5), Samir Bəkirov (2), Taleh Əliyev, Rauf və Rüfət  Şükürov qardaşları keçiriblər. Sumqayıtlılardan isə təsəlli qolunun müəllifi Zamin Cəfərov olub. Çempionatın gümüş medallarına nəzəri cəhətcə iddiası olan Qusarın “Şahdağ”  klubu hazırda 2-ci yerdə qərarlaşan “Atasport”la  oyunda mütləq qələbə qazanmalı idi. Şimal bölgəsi təmsilçilərinin ilk dəqiqələrdən rəqibinə ciddi  müqavimət göstərməsi bu istəyin reallaşacağından xəbər verirdi. Lakin, Abbas Nəsirovun  standart cərimə zərbəsindən “Atasport”u hesabda irəli çıxarması vəziyyəti bir qədər çətinləşdirib. Bu azmış kimi, Əli Nadirov 2-ci topu da qapıdan  keçirb. Belə düşünmək olardı ki, artıq matçın müqəddəratı həll olunub. Ancaq 2 dəqiqə ərzində “Şahdağ”ın oyunçusu Zamin Hacıağayev rəqib qapısına 2 qol vuraraq tarazlığı bərpa edib.  Fasiləyə qədər  Aleksandr Fomin "Atasport"u hesabda yenidən irəli çıxarıb. İkinci hissədə tərəflərin səyinə baxmayaraq 3:2 hesabı dəyişməz qalıb. Bununla da prinsipial oyun Qusar hokkeyçilərinin “gümüş” medal qazanmaq istəyinin üstündən xətt çəkib. Sona 2 tur qalmış bu komandalar arasındakı 7 xal fərqini aradan qaldırmaq mükünsüz olduğundan “Atasport”un ikinci, “Şahdağ”ın isə üçüncü yer tutması rəsmiləşib.
 
Hazırda 10 oyundan 28 xal toplayan “Akkord” çempion kimi özünü yarış cədvəlinin önündə xeyli rahat hiss edir. Aktivində 18 xalı olan “Atasport” cədvəldə  2-ci yerdədi. “Şahdağ” 11 xalla 3-cü pilləni tutur. “Gənclik” komandası isə keçirdiyi 10 oyunun hamısında məğlubiyyətə uğrayaraq sonuncu - dördüncü yerdədi.
 
Bakı Otüstü Hokkey Kompleksində ilk olaraq meydan qadın hokkeyçilərin sərəncamına verilib. Əvvəlcə “Atasport-2” və “Sumqayıt” komandaları qarşılaşıb. Bu görüşdə paytaxt təmsilçilərinin qələbə qazanacağı heç kimdə şübhə doğurmurdu. Təcrübə fərqi özünü matçın hesabında da göstərib. Rəqib qapısına yol tapa bilməyən  sumqayıtlılar  yekunda  0:7 hesabı ilə uduzublar. “Ataspot-2” komandasından topların 4-nün müəllifi Amaliya Həsənova olub. Daha 3 topu isə rəqib qapısından Səbinə Ağayeva keçirib.  Sonra meydana Qusarın “Samur” və artıq ötən turdan I yeri özünə təmin edən “Bakı” komandaları çıxıb.  Şimal bölgəsinin təmsilçiləri matçın əvvəllərində rəqiblərinə müqavimət göstərməyə çalışsalar da təcrübə öz sözünü deyib. Birinci hissəni 2:0 hesabıyla öz xeyrinə başa vuran “Bakı” fasilədən sonra da meydanda üstün tərəf olub. Rəqib qapısından daha 3 qol keçirən paytaxt təmsilçisi 5:0 hesabı ilə qələbə qazanıb. “Bakı” komandasından topların 2-sinin müəllifi Rəna Mehdiyeva olub. Digər topları isə  “Samur”-un qapısından Aytac Şirəliyeva, Xalidə Zeynalova və  Nərgiz Novruzova keçiriblər.  Ədalət naminə deməliyik ki, ölkə çempionatında çıxış etməsinin cəmi 2 il olmasına  baxmayaraq “Samur” komandası çempionumuza layiqli müqavimət göstərə bilib. Məşqçi Fəryad Mərdanovun yetirmələri ən azı 5 real qol vəziyyəti yarada bilsələr də təcrübəsizlikdən bu imkanlardan istifadə edə bilməyiblər. Amma bu komandanın ölkə çempionatında III yer tutmasının özü də yüksək nəticədir. Qusarın digər təmsilçisi “Şahdağ” klubu isə bu turda çempionatdakı çıxışlarını dayandıran “Xəzər”(Lənkəran) komandası ilə oyuna görə texniki qələbə əldə edib.
 
 Beləliklə 9 oyundan sonra aktivində 27 xalı olan “Bakı” komandası yarış cədvəlinin önündədir. “Atasport-2” 21 xalla 2-ci  sıradadır.  “Samur” 9 oyundan 18 xalla 3-cü,  “Sumqayıt” isə 9 xalla 4-cü yerləri tuturlar. Turnir cədvəlində 5-ci yerdə qərarlaşan “Şahdağ”(Qusar)  9 oyundan   6 xal toplaya bilib. Son pillədəki “Xəzər” komandası isə qeyd etdiyimiz kimi, 1 xal belə qazana bilməyərək çempionatın II dövrəsindəki çıxışlarını dayandırıb. Qadın otüstü hokkeyçilər arasında oktyabrın 20-də keçiriləcək oyunlardan sonra saat 15.00-da mükafatlandırma mərasimi olacaq.
 
Oktyabrın 14-də I dəstədə mübarizə aparan kişilərdən ibarət komandalar da növbəti turda  meydana çıxıblar. Oyunlarını Bakıda keçirən Sumqayıtın “Təhsil” və “Şəki” komandalarının  görüşündə sumqayıtlı hokkeyçilər 14:0 hesabı ilə qələbə qazanıblar. “Gəncə”  - “Kür”  (Mingəçevir) matçında   Mingəçevirli hokkeyçilər   məğlub olublar - 1: 2.
 
I dəstənin “A” qrupunda bir xal belə itirməyən “Təhsil” komandası 30 xalla cədvəlin önündədir. Gəncə hokkeyçiləri 21 xalla II yeri tuturlar. Aktivində 9 xalı olan “Kür” 3-cü sıradadır. “Şəki” komandası isə bütün oyunlarda uduzaraq sonuncu pillədədir.
 
Bazar günü Masallı Olimpiya İdman Kompleksində yarışan cənub bölgəsi təmsilçiləri də  10-cu turun oyunlarını keçiriblər. Nəticələr belədir:         
 
“Xəzər”(Lənkəran) - “Astara”     – 2:0         
“Olimp”(Masallı) – “Göytəpə”(Cəlilabad)-5:3   
 
“B”  qrupunda “Olimp” də bütün oyunlarda qalib gələrək 30 xalla I yeri tutur. “Göytəpə” 18 xalla II yerdədir. “Xəzər” 10 xalla 3-cü sıradadır. 4-cü yerdə qərarlaşan “Astara” komandasının aktivində 3 xalı var.
 
Ölkə çempionatında növbəti turun oyunları oktyabrın 20-də və 21-də keçiriləcək.  .

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah