Millimiz Yaponiyaya uduzub, liderliyi əldən verdi
1 may 2012 14:55
Bu gün Yaponiyanın Kakamiqahara şəhərində qadınlar arasında otüstü xokkey üzrə olimpiya lisenziyalı turnirin növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, yarışın dördüncü oyun günündə Azərbaycan yığması meydan sahibləri - Yaponiya ilə üz-üzə gəlib.
Adil Paşayevin yetirmələri Malayziya, Belarus və Avstriya ilə oyunlarda qazanılan qələbələrin davamını bu görüşdə də gətirməyə çalışsa da, buna nail ola bilməyib. Belə ki, komandamız 1:4 hesabıyla məğlub olaraq, liderliyi rəqibinə verib.
Bu gün həm də Çili Malayziya ilə görüşüb. Çili yığması üstün olub. Belarus isə bu tur Avstriya ilə qarşılaşacaq.
Xatırladaq ki, olimpiadaya vəsiqəni yarışın qalibi qazanacaq.
Azərbaycan – Yaponiya – 1:4
Malayziya – Çili – 1:2
Avstriya - Belarus
Komandalar
|
O
|
Q
|
H
|
M
|
T/F
|
X
|
Yaponiya
|
4
|
3
|
1
|
0
|
19-1
|
10
|
Azərbaycan
|
4
|
3
|
0
|
1
|
13-4
|
9
|
Çili
|
4
|
2
|
1
|
1
|
6-4
|
7
|
Belarus
|
3
|
1
|
1
|
1
|
5-6
|
4
|
Malayziya
|
4
|
0
|
1
|
3
|
3-16
|
1
|
Avstriya
|
3
|
0
|
0
|
3
|
0-15
|
0
|