Yığmamız Belarusa qarşı
27 aprel 2012 02:00
Bu gün Yaponiyanın Kakamiqahara şəhərində qadınlar arasında otüstü hokkey üzrə lisenziya turnirinin ikinci turunun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, qrup mərhələsinin ikinci oyununda Azərbaycan yığması Belarusla qarşılaşacaq.
Xatırladaq ki, yığmamız ilk görüşdə Malayziya üzərində darmadağına imza atmışdı- 4:0. Komandamız bu uğurun davamını gətirməyə çalışacaq.
Qeyd edək ki, turnirin qalibi yeganə olimpiya lisenziyasına sahib olacaq.
09:30. Azərbaycan – Belarus
12:00. Yaponiya – Malayziya
14:30. Avstriya – Çili
Qrupdakı son durum: Yaponiya – 3 xal (7-0), Azərbaycan – 3 (4-0), Belarus – 3 (3-1), Çili – 0 (1-3), Malayziya – 0 (0-4), Avstriya – 0 (0-7).