Yığmamız ilk oyunda darmadağına sevindi
25 aprel 2012 16:28
Bu gün Yaponiyanın Kakamiqahara şəhərində qadınlar arasında otüstü hokkey üzrə lisenziya turniri start götürüb. Azerisport.az xəbər verir ki, qrup mərhələsinin ilk oyununda Azərbaycan yığması Malayziya ilə qarşılaşıb.
Yığmamız bu görüşdə darmadağına imza atıb- 4:0. Digər görüşlərə gəlincə, Belarus Çilini, Yaponiya isə Avstriyanı məğlub edib.
ÇİLİ - BELARUS 1:3
YAPONİYA – AVSTRİYA – 7:0
AZƏRBAYCAN – MALAYZİYA – 4:0
Xatırladaq ki, turnirin qalibi yeganə olimpiya lisenziyasına sahib olacaq.