Otüstü xokkeyçilərimizin lisenziya mübarizəsi
24 aprel 2012 10:35
Azərbaycanın otüstü xokkey üzrə qadınlardan ibarət yığma komandası sabah Yaponiyada start götürəcək lisenziya xarakterli turnirdə çıxış edəcək.
Komandamız mübarizəyə Malayziya yığmasına qarşı oyunla başlayacaq. Adil Paşayevin yetirmələri Aprelin 27-də Belarus, Aprelin 29-da isə Avstriya yığmaları ilə görüşəcəklər. Mayın 1-də meydan sahibi Yaponiya yığması ilə qarşılaşacaq komandamız qrup mərhələsində son görüşü Çili yığmasına qarşı keçirəcək.
Bu mərhələnin yekunlarına görə final iştirakçıları məlum olacaq və bu iki komanda olimpiadaya yeganə vəsiqənin taleyinə aydınlıq gətirəcək.