Fotoreportaj|Video|На русском

Otüstü hokkey

Qadın hokkeyçilərimizin olimpiadada iştirak üçün son şansı

19 aprel 2012 15:17
Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası Yaponiyanın Kakamigahara şəhərində keçiriləcək London Yay Olimpiya Oyunlarının təsnifat yarışında mübarizə aparmaq üçün səfərə yola düşüb. Azerisport.az xəbər verir ki, artıq 11 ölkənin hokkeyçiləri Londona vəsiqəni özlərinə təmin edib və olimpiadanın qayğıları ilə yaşayırlar. Sonuncu lisenziyanın sahibi isə aprelin 25-dən mayın 6-dək "gündoğar" ölkədə keçirilən seçmə turnirdə müəyyənləşəcək.
 
Otüstü hokkeyçilərin Olimpiya Oyunlarında 12 milli komanda mübarizə aparır ki, onların da biri yarış sahibi və 8-i vakant yer kimi qitələr üzrə müəyyənləşdirilir. Qalan 3 iştirakçı isə dünya reytinqində yüksək xalı olan 18 komanda arasında təşkil edilən 3 turnirdə aşkar olunur. Bu il fevralın 18-dən 26-dək Hindistanın paytaxtı Dehli şəhərində baş tutan təsnifat yarışında Cənubi Afrika Respublikasının hokkeyçiləri 5 rəqibini arxada qoyaraq Londona vəsiqəyə sahib olmuşdular. Martın 17-dən 25-dək Belçikada keçirilən digər turnirdə isə meydan sahibləri bütün rəqiblərindən üstün olaraq adlarını London olimpiadasının iştirakçıları sırasına yazdıra bildilər. Son vəsiqənin sahibi isə mayın 6-da final qarşılaşmasından sonra məlum olacaq. Kakamigahara şəhərində milli komandamızla yanaşı, Malaziya, Belarus, Avstrya, Yaponiya və Çili hokkeyçiləri mübarizə aparacaq.
 
Qeyd edək ki, hokkeyçilərimiz Kakamigahara şəhərində ilk oyunlarını aprelin 25-də Malaziya komandasına qarşı keçirəcəklər. Millimiz Belarus yığması ilə aprelin 27-də qarşılaşacaq. Hokkeyçilərimiz aprelin 29-da Avstriya təmsilçilərini sınağa cəkəcəklər. Mayın 1-də rəqibimiz meydan sahiləri - Yaponiya komandası olacaq.
 
İdmançılarımız ilkin mərhələdə sonuncu - 5-ci oyunda isə Çili yığması ilə qarşılaşacaq. Yekunda dairəvi sistemlə keçirilən yarışda 1-ci və 2-ci yeri tutan komandalar (toplanılan xallardan asılı olmayaraq) final görüşündə London Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ verən sonuncu vəsiqənin sahibinə aydınlıq gətirəcəklər.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah