Azərbaycan yığması Belçika üzərində qələbəyə sevindi
13 mart 2012 01:46
2012-ci il aprelin 25-dən mayın 6-dək Yaponiyanın Kakamaqara şəhərində keçiriləcək London Yay Olimpiya Oyunlarına yeganə vəsiqə uğrunda seçmə turnirdə yarışacaq Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası hazırlığın növbəti mərhələsini Hollandiyada davam etdirir. Azerisport.az xəbər verir ki, martın 4-də səfərə çıxan yığmamız bu ölkədəki 10 günlük təlim-məşq toplanışı zamanı yoxlama oyunlarında da qüvvəsini sınayır.
Adil Paşayevin rəhbərlik etdiyi milli komandamız ötən gün Belçika ilə üz-üzə gəlib. Komandamız 2:1 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, sabah (14 mart) yığmamız İrlandiya ilə də sınaq matçı keçirəcək.