Azərbaycan Rusiyadan qisasını artıqlaması ilə aldı
20 fevral 2012 11:42
İlk yoldaşlıq görüşündə minimal hesabla məğlub olan otüstü hokkey üzrə milli komandamız təkrar qarşılaşmada Rusiya yığmasına 4:2 hesabı ilə qalib gəlib. Azerisport.az xəbər verir ki, matçın ilk dəqiqələrdən hesabı açan yığmamız birinci hissəni 1:0 hesabıyala öz xeyrinə başa vurub.
Fasilədən sonra hokkeyçilərimiz 2-ci qolu da rəqib qapısından keçiriblər. Qol sevincindən 1 dəqiqə keçmiş ruslar hesabı bərabərləşdiriblər. Oyunda böyük ərazi üstünlüyünə malik olan Azərbaycan hokkeyçiləri dalbadal rəqib qapısına daha 2 qol vuraraq 4:2 hesabı ilə inamlı qələbə qazanıblar.
Rusiya və Azərbaycan milliləri arasında 3-cü oyun bu gün - fevralın 20-də baş tutacaq. Çərşənbə axşamı isə rəqiblər arasında sonuncu - 4-cü yoxlama matçı keçiriləcək. Oyunlar saat 16:30-da başlayacaq.