Rusiya yığması millimizlə qarşılaşmaq üçün Bakıya gəlib
17 fevral 2012 15:57
Bu gün - fevralın 17-də Azərbaycanın otüstü hokkey üzrə qadınlardan ibarət yığması Rusiya komandası ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, fevralın 15-də Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarının seçmə turnirinə hazırlıq məqsədi ilə Rusiyanın qadın hokkeyçiləri təlim-məşq və yoxlama oyunları keçirmək üçün Bakıya gəliblər.
Azərbaycan hokkeyçiləri Olimpiya Oyunlarının iştirakçısı olmaq üçün aprelin 25-dən mayın 6-dək Yaponiyanın Kakamiqahara şəhərində təşkil olunacaq təsnifat turnirində 6 komanda ilə mübarizə aparacaqlar. Olimpiya seçmə turnirində yığmamızın rəqibləri Yaponiya, Malayziya, Belarus, Avstriya və Çili xokkeyçiləri olacaq. Mayın 5-də ilkin mərhələni I-II yerlərdə başa vuran rəqiblərin final oyununda London Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ verən vəsiqənin sahibi aşkar olunacaq.