Fotoreportaj|Video|На русском

Otüstü hokkey

Azərbaycan AÇ-də İtaliya və İspaniya ilə üz-üzə

18 avqust 2011 18:35
Qadın otüstü hokkeyçilərimiz avqustun 20-dən 28-dək Almaniyanın Münhenqladbax şəhərində Avropa çempionatında iştirak edəcək. Azerisport.az xəbər verir ki, qitənin ən güclü 8 yığmasının mübarizəsi həm də 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq imkanı verəcək.
 
"A"  qrupuna daxil olan milli komandamız Avropa çempionatında ilk oyununu avqustun 20-də Hollandiya hokkeyçilərinə qarşı keçirəcək. Bir gün sonra baş məşqçi, koreyalı Kim Giyesoonun rəhbərlik etdyi yığmamız İtaliya təmsilçiləri ilə qarşılaşacaq. İlkin mərhələdə son oyunumuz  avqustun 23-də 3 il əvvəl Bakıda keçirilən Pekin Yay Olimpiya Oyunlarının təsnifat yarışının finalında uduzduğumuz İspaniya millisi olacaq.
 
Digər qrupda isə Almaniya, İngiltərə, İrlandiya və Belçika yığmaları yarışacaq. Bir günlük istirahətdən sonra qruplara müvafiq yerləri  tutanlar bir-biri ilə çarpaz üsulla qarşılaşacaq. Yəni - 4A - 3B, 3A - 4B, 2A-1B,  1A - 2B. 
 
Avqustun 26 -sına təyin olunmuş fasilədən bir gün keçəndə Avropa çempionatının yüksək divizionunda qalmaq üçün dördlərin turnirində son oyunlar ilkin mərhələdə tutduqları yerlərə uyğun olaraq 4A- 4B  və 3A-3B komandaları arasında keçiriləcək. Həmin matçların yekununda ən pis göstəriciyə malik milli komanda elitanı tərk edəcək. Onun  əvəzinə isə növbəti - 2013-cü il mövsümündə bu günlərdə Ukraynanın Vinnitsa şəhərində keçirilən "Trofi" yarışlarında 1-ci yeri  tutan Çexiya Respublikasının yığması mübarizəyə qoşulacaq. Yarışların sonuncu günü - avqustun 27-də baş tutacaq final oyunlarında Avropa çempionatının mükafatçıları da müəyyənləşəcək.
 
Bir daha xatırladırıq ki, cari çempionatın yekununda  ilk iki yeri tutanlar London Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar. Əgər İngiltərə millisi 1-ci yerə layiq görülərsə, o zaman Avropa çempionatının bürünc mükafatçısı da Londona gedə bilər.
 
Azərbaycan hokkeyçiləri qitə çempionatına hazırlıq üçün nəzərdə tutulan plan üzrə bütün təlim-məşq toplanışlarında, beynəlxalq turnirlərdə və rəsmi yarışlarda heç bir məhdudiyyət qoyulmadan iştirak ediblər. Milli komandamız elə AÇ-yə də iyulun 24-dən Pekində keçirilən məşqlərdən sonra -avqustun 12-də yola düşüb. Bir sözlə,  2 gündən sonra başlayacaq yarışda qarşıya qoyulan vəzifənin yerinə yetirilməsi üçün bütün imkanlardan istifadə olunub.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah