Azərbaycan millisi Avropa Liqasının qalibi oldu
3 iyul 2016 20:00
Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması həlledici oyunda Slovakiya ilə qarşılaşıb.
İlk oyunda rəqibini 3:1 hesabıyla məğlub etmiş Faiq Qarayevin komandası bu dəfə darmadağınla qalib gəlib. Nəticədə, millimiz Avroliqanın qalibi olub. Bu, həm də millimizin dünya qran prisininə vəsiqə qazanmasına şərait yaradıb.
Azərbaycan – Slovakiya 3:0 (25:15, 25:22, 25:20)