Azərreylin yeni baş məşqçisi müəyyənləşdi
19 sentyabr 2016 16:40
"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq. Azerisport.az xəbər verir ki, ötən mövsüm türkiyəli Bülent Karslıoğlunun rəhbərliyi altında çempion olan "dəmiryolçular"un baş məşqçisi bu dəfə Famil Ağayev olacaq.
İndiyə kimi klubda köməkçi-məşqçi kimi işləmiş Ağayev ilk dəfə baş məşqçi kimi nəyə qadir olduğunu göstərəcək.
Komanda artıq Dərnəgüldə yerləşən bazasında məşqlərə başlayıb. "Azəryol"dan Ceyran Əliyeva, Şəfaqət Həbibova, "Lokomotiv"dən Ayşən Abduləzimova heyətə qatılıb. Təcrübəli yığma üzvü Valeriya Məmmədova yenə karyerasını "Azərreyl"də davam etdirəcək. Bir neçə əcnəbi voleybolçunun transferi də gözlənilir. Komanda heyətini sentyabrın sonunadək komplektləşdirəcək.