Millimizin üzvü Türkiyədə qalmaqala səbəb oldu
Türkiyə superliqasında çıxış edən "Halkbank"a transfer olunan Odina Bayramova Türkiyədə qalmaqala səbəb olub. Azerisport.az xəbər verir ki, onun transfer çalışmalarıyla məşğul olan "Sixteen" menecerlik şirkəti əvvəlcə "İdmanocağı" ilə ilkin razılıq əldə edib.
Ancaq sonradan şirkət araşdırmalar aparıb və məlum olub ki, Trabzon klubu voleybolçularının 3 aylıq maaşını ödəmədiyindən FİVB tərəfindən transfer qadağasıyla üzləşib. Bundan sonra Ankara klubundan gələn təklif müsbət dəyərləndirilib və yığmamızın kapitanı "bankirlər"lə anlaşıb. Buna sərt reaksiya göstərən "İdmanocağı" menecerlik şirkətini qeyri-peşəkarlıqda günahlandırıb. Hər iki tərəf qarşılıqlı bəyanat verərək özünün haqlı olduğunu göstərməyə çalışıb.
Qeyd edək ki, "İdmanocağı" 1 illik anlaşma üçün Odinaya 121 min avro təklif edib. Müqavilə imzalansaydı, Bayramova avqustda 21, sonrakı aylarda (maya qədər) isə 11 min avro qazanacaqdı.