Telekom serbiyalı məşqçi ilə müqavilə bağladı
24 iyun 2016 14:00
2015/2016-cı ildə Azərbaycan Çempionatında ikinci yeri tutmuş qadınlardan ibarət “Telekom” voleybol komandası 2016/2017 voleybol mövsümündə də avrokuboklarda iştirakını davam etdirəcək. Azerisport.az xəbər verir ki, “Telekom” komandası 2017 CEV Çempionlar Liqasında yarışlara qrup mərhələsindən başlayacaq. Yeni mövsümdə qarşıya qoyulan məqsədlərə nail olmaq üçün serbiyalı baş məşqçi Zoran Qayiçlə müqavilə imzalanıb.
Müqavilə iki mövsümlük müddət üçün bağlanıb.
Məlumat üçün bildirək ki, “Telekom” komandası Azərbaycanda idmanın voleybol növünə olan marağın artdığını nəzərə alaraq, habelə sağlam həyat tərzinin təbliği və idmanın daha da ictimailəşdirilməsi məqsədilə uşaq voleybol məktəbini yaratmağı da planlaşdırır.