Odina Bayramova: Nəticədən razı, oyunumuzdan narazı qaldım
27 iyun 2016 01:10
Avroliqanın yarımfinalının 2-ci oyununda Yunanıstana 3:1 hesabıyla qalib gələn yığmamızın kapitanı Odina Bayramova matçdan narazı qalıb. Azerisport.az xəbər verir ki, hücumçu 2-ci setdəki zəif çıxışı xüsusi qeyd edib:
"Əlbəttə, nəticədən razıyam. Axı biz finala yüksəldik. Ancaq eyni sözləri oyunumuz haqqında deyə bilmərəm. İkinci setdə çox pis oynadıq. Ancaq əsas odur ki, qarşılaşmanı qələbəylə başa vurduq. İndi biz finala hazırlaşmalıyıq. Qarşımızda duran məqsəd turnirin qalibi olub, gələn il keçiriləcək dünya qran prisinə vəsiqə qazanmaqdan ibarətdir".