Azərbaycan Fransaya da qalib gəldi
12 iyun 2016 22:30
Qadnın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. Azerisport.az xəbər verir ki, Faiq Qarayevin yetirmələri meydan sahibi Fransa ilə qarşılaşıb.
Əvvəlki bütün oyunlarında qələbə qazanan Azərbaycan millisi ardıcıl altıncı qələbəsini rəsmiləşdirib.
Qeyd edək ki, voleybolçularımız yarımfinala vəsiqəni hələ iki tur öncə rəsmiləşdirmişdilər.
Azərbaycan - Fransa 3:0 (25:13, 25:23, 25:15)
Turnir cədvəli: Azərbaycan - 15 xal (set fərqi 15-2), İspaniya - 6 (10-15), Fransa - 6 (10-16), Çernoqoriya - 6 (8-14).