Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi
7 sentyabr 2016 11:20
Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq. Azerisport.az xəbər verir ki, yığmanın aparıcı üzvləri klublarının tərkibində yeni mövsümə hazırlaşır.
Faiq Qarayev isə Bakıda qalan voleybolçularla məşqlərə başlamayıb. Turnirdə Rusiyanı "Uraloçka", İsveçrəni "Volero" təmsil edəcək. Türkiyənin hansı heyətlə qatılacağı isə bilinmir. Azərbaycanın da yarışda "Azərreyl" və ya "Azəryol"un simasında təmsil olunacağı istisna deyil.
Qeyd edək ki, ənənəvi turnir sentyabrın 19-21-də keçiriləcək.