Səmədova: Qrupdan çıxmaq uğrunda mübarizə apara bilərik
Çempionlar Liqasında A qrupunda qərarlaşan “Telekom”u çətin sınaq gözləyir. İtaliya “Koneqliano”su və Polşa “Ximik”iylə qarşılaşacaq təmsilçimizin rəqibləri yetərincə güclüdü.
“Telekom”un üzvü Yelizaveta Səmədova azerisport.az saytına qrupdakı vəziyyəti dəyərləndirdi: “Yaxşı qrupa düşdüyümüzü düşünürəm. Qrupdan çıxmaq uğrunda mübarizə apara bilərik. İndidən qrupda hansı komandanın favorit olduğunu söyləmək çətindir. Çünki rəqiblərin hansı heyətlə mübarizə aparacağını bilmirəm. Eyni sözləri “Telekom” haqqında da söyləyə bilərəm. Hazırda komandamızın formalaşdırılması prosesi gedir. Bildiyiniz kimi, “Lokomotiv”in külli miqdarda beynəlxalq borcları var. Bu üzdən klublarımıza transfer qadağası qoyula bilər. Heyətə legioner qatılacaqmı, ya gənclərlə yola davam ediləcək – bu suallara cavab tapmaq üçün zamana ehtiyac var. Qarşıdakı aylarda vəziyyətə tam aydınlıq gələcək”.