Nazir müavini: AÇ-2017 Azərbaycanda keçiriləcək
9 yanvar 2016 00:30
Qadın voleybolçular arasında 2017-ci ildə Avropa çempionatı Azərbaycanda keçiriləcək. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov azerisport.az saytına açıqlamasında xarici mətbuatda yazılanları təkzib edib:
"İngiltərə mətbuatında yayılanlar həqiqəti əks etdirmir. AÇ-2017 Azərbaycanda keçiriləcək. Ölkəmizin bu yarışı yüksək səviyyədə keçirəcəyinə əminəm. Qitə birinciliyinin oyunlarının bəzisi Gürcüstanda baş tutacaq. Bir neçə oyun Qubada keçiriləcək. Yarımfinal və final görüşləri isə paytaxtda təşkil ediləcək".